• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Makron Aİ-nin büdcə kəsirlərinə qarşı çıxdı

DÜNYA

27 Noyabr 2026 | 11:56 | Müəllif: Gülşən Şərif

Makron Aİ-nin büdcə kəsirlərinə qarşı çıxdı

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcəsinin azaldılması təklifini "strateji səhv" adlandırıb.

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, o, bu barədə Avropa Şurası sammitininmətbuat konfransında deyib.

Makron Avropa Şurasının prezidenti Antonio Kostanın büdcəni azaltmaq təklifinə cavab olaraq bildirib ki, Avropa strateji cəhətdən səhv edir. 

 "Düşünürəm ki, daha çox investisiya qoymalıyıq, Avropanın daha böyük büdcəyə ehtiyacı var. Çin və ABŞ ilə müqayisədə Avropanın dövlət investisiyaları azalır. Fransanın büdcə danışıqlarındakı məqsədi ənənəvi sahələr üçün maliyyələşdirməni qorumaq, qabaqcıl texnologiya və müdafiə də daxil olmaqla suverenliyə daha çox investisiya qoymaq və büdcəyə milli töhfələri sabitləşdirməkdir" - Makron qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026