• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səhər baş ağrısı ilə oyanırsınızsa, səbəbi budur

CƏMİYYƏT

20 Noyabr 2026 | 09:58 | Müəllif: Günəş Mərd

Səhər baş ağrısı ilə oyanırsınızsa, səbəbi budur

Həkim Ranj Sinqh səhərlər baş ağrısı, yorğunluq və halsızlıqla oyanmağın mümkün səbəblərindən birinin yuxu zamanı dişləri qıcamaq – bruksizm olduğunu açıqlayıb.

Bakıvaxtı.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis bu vəziyyətin xüsusilə stress, narahatlıq, maliyyə problemləri və soyuq hava səbəbindən yaranan əzələ gərginliyi ilə daha da ağırlaşa biləcəyini bildirib. 

Həkimin sözlərinə görə, yuxu zamanı çənənin sıxılması və baş nahiyəsinə qədər uzanan əzələlərin gərginləşməsi baş ağrılarına səbəb olur.

Ranj Sinqh bruksizmin digər əlamətlərinin də olduğunu bildirib. Bunlara dişlərin və plombların zədələnməsi, yanaqların və dilin daxili səthində diş izlərinin yaranması, çənə ağrısı, eləcə də yuxu zamanı eşidilən xarakterik diş qıcama səsi daxildir.

Mütəxəssis bruksizmdən şübhələnən şəxsləri həkimə müraciət etməyə çağırıb. Onun sözlərinə görə, problemə laqeyd yanaşmaq temporomandibulyar oynağın zədələnməsinə gətirib çıxara bilər. Bu zaman çənədə, qulaqda və gicgahlarda ağrı, çənəni hərəkət etdirərkən çırtlama səsi, ağzı açmaqda çətinlik və müvəqqəti çənə kilidlənməsi müşahidə oluna bilər.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026