• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Xankəndi"nin baş məşqçisi: "Əsas hədəfimiz liqada qalmaqdır"

İDMAN

19 Noyabr 2026 | 18:41 | Müəllif: Subhan Mahmudov

"Xankəndi"nin baş məşqçisi: "Əsas hədəfimiz liqada qalmaqdır"

"Xankəndi" komandasının bu mövsüm hədəfi I Liqada qalmaqdır.

Bakıvaxtı.az-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçisi Röyal Nəcəfov VII turda qarşılaşdıqları "Karvan-Yevlax" ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı dəyərləndirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır".

Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR