• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zelenski: ABŞ və Çin bir görüşdə müharibəni bitirə bilər

DÜNYA

19 Noyabr 2026 | 11:47 | Müəllif: Gülşən Şərif

Zelenski: ABŞ və Çin bir görüşdə müharibəni bitirə bilər

ABŞ və Çin birgə təzyiq göstərsə, Rusiya Ukraynadakı müharibəyə son qoymağa məcbur olacaq.

Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Vaşinqton və Pekin münaqişəni cəmi bir görüşdə bitirmək üçün kifayət qədər təsirə malikdir:

"Əgər onlar həqiqətən müharibəni bitirmək istəyirlərsə, bunu oyun oynamadan edə bilərlər. Çin və ABŞ sanksiyalar tətbiq etsələr və ya edəcəklərini desələr, Rusiya ilə ixrac və idxalı dayandırsalar, bu, müharibənin sonu olacaq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026