• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-ABŞ əməkdaşlıq layihələri müzakirə olundu

SİYASƏT

18 Noyabr 2026 | 20:17 | Müəllif: Subhan Mahmudov

Azərbaycan-ABŞ əməkdaşlıq layihələri müzakirə olundu

Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026