PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Fransanın nüfuzlu GQ jurnalının versiyasına görə 2026-cı ilin adamı adına layiq görülüb.
Bakıvaxtı.az xəbər verir ki, mükafat 1996-cı ildən təqdim olunur. O, idman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edən və təsir göstərən şəxslərə verilir.
Qeyd edək ki, mükafatın builki qalibləri arasında fransalı MMA döyüşçüsü Salahdin Parnas da yer alıb.
Xatırladaq ki, Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Barselona” ilə matçda (4:2) dizinin çarpaz bağlarından zədələnib. Onun bərpasının təxminən 9 ay çəkə biləcəyi bildirilir.
Gürcüstanlı futbolçu 2026-cı il “Qızıl top” səsverməsində 6-cı yeri tutaraq mükafata namizəd göstərilən komanda yoldaşlarının hamısını qabaqlayıb.
















