• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

APL: XII tura bu gün start veriləcək

İDMAN

20 Noyabr 2026 | 09:02 | Müəllif: Əli Hüseynov

APL: XII tura bu gün start veriləcək

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Zirə" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Bakı təmsilçisi 19 xalla beşinci, bölgə klubu 11 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyun saat 19:00-da başlanacaq. Son ölkə çempionu 21 xalla ikinci sıradadır. "Kimyaçılar" 10 xalla doqquzuncudur. Hər iki kollektivin ehtiyatda bir oyunu var.

Misli Premyer Liqası

II dövrə

XII tur

20 noyabr (cümə)

14:30. "İmişli" – "Zirə"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev

VAR: Kamranbəy Rəhimov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Yevlax şəhər stadionu

19:00. "Sumqayıt" – "Sabah"

Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026