• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər

İQTİSADİYYAT

20 Noyabr 2026 | 15:35 | Müəllif: Gülşən Şərif

Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər

2028-2034-cü illər üçün Avropa İttifaqının növbəti yeddi illik büdcəsində əhəmiyyətli azalma baş verə bilər.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta təklif irəli sürüb.

Kostanın bütün Aİ ölkələri ilə əlaqələndirməyə çalışdığı, Avropa Komissiyası tərəfindən hazırlanmış yeni yeddi illik Aİ büdcə planı layihəsində blokun tarixində ilk dəfə olaraq hərbi xərclər üçün ayrıca bir bənd yaradılması təklif olunur.

AŞ prezidentinin sözlərinə görə, ümumi büdcə azalmaları hazırda Aİ Şurasına sədrlik edən İrlandiya tərəfindən irəli sürülən əvvəlki layihə ilə müqayisədə 40 milyard avro təşkil edə bilər.

Antonio Kostanın təklifinin 21 noyabrda təqdim edilməsi gözlənilir. 

Xatırladaq ki, 26-27 noyabr tarixlərində Brüsseldə keçiriləcək fövqəladə sammitdə də əsas mövzu 2028-2034-cü illər üçün Aİ büdcəsi olacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026