• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda 10 ayda hasil edilmiş neft və qazın HƏCMİ

İQTİSADİYYAT

20 Noyabr 2026 | 15:29 | Müəllif: Günəş Mərd

Azərbaycanda 10 ayda hasil edilmiş neft və qazın HƏCMİ

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41 milyard 942,6 milyon kubmetr təbii qaz hasil edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 31 milyard 775,7 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,4 %, əmtəəlik qaz hasilatı isə 1,5 % azalıb.

Ötən 10 ayda Azərbaycanda 22 milyon 235,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 134 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə olaraq müvafiq olaraq 3,5 % və 3,7 % % azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR