• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Dünənimiz – bugünümüz”: 7 xanım sənətkarın ifaları yenidən səslənib

MƏDƏNİYYƏT

20 Noyabr 2026 | 15:21 | Müəllif: Günəş Mərd

“Dünənimiz – bugünümüz”: 7 xanım sənətkarın ifaları yenidən səslənib

Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin unudulmaz ifaları “Dünənimiz – bugünümüz” layihəsi çərçivəsində müasir musiqi üslubunda yenidən təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan musiqi irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasıdır.

Layihə çərçivəsində Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələri - Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarından seçilmiş əsərlər müğənni Yaqut Xəlilzadənin ifasında yenidən səsləndirilib.

Təqdimat zamanı orijinal ifaların bədii ruhunun və mahiyyətinin qorunması, eyni zamanda əsərlərin müasir musiqi yanaşması ilə bugünkü dinləyicilərə çatdırılması əsas prinsip kimi götürülüb.

Layihənin rəhbəri Asif Kərimov, prodüser və konsertmeysteri Fərid Atazadə, ifaçısı isə Yaqut Xəlilzadədir.

“Dünənimiz – bugünümüz” layihəsi vasitəsilə milli musiqi ənənələrinin yaşadılması, görkəmli sənətkarların yaradıcılığının yeni nəsillərə tanıdılması və Azərbaycan musiqi irsinin təbliği hədəflənir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026