• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Parataekvondoçumuz dünya çempionu oldu

İDMAN

20 Noyabr 2026 | 12:20 | Müəllif: Əli Hüseynov

Parataekvondoçumuz dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Bakıvaxtı.az xəbər verir ki, idmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb.

K44 kateqoriyası üzrə 58 kiloqram çəkidə mübarizə aparan idmançımız 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçımız həlledici döyüşdə son Paralimpiya çempionu, Asaf Yasuru (İsrail) məğlub edərək dünya çempionu tituluna yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026