• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İnstaqramda hekayələr üçün yeni funksiya

MULTİMEDİA

20 Noyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

İnstaqramda hekayələr üçün yeni funksiya

İnstaqram paylaşılmış hekayələri 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksiya istifadəçilərə paylaşım etdikdən sonra mətn, musiqi, stiker və rəsmləri dəyişmək imkanı yaradacaq.

Bunun üçün istifadəçi paylaşdığı  hekayəni açmalı, üç nöqtə menyusuna daxil olaraq “Edit story” seçimini etməlidir.

Redaktə zamanı paylaşımın əvvəlki baxışları, bəyənmələri və reaksiyaları silinməyəcək. Dəyişiklik edilən “Story”də isə “Edited” qeydi görünəcək.

Qeyd edək ki, indiyədək istifadəçilər paylaşımda səhv aşkar etdikdə onu silərək yenidən yerləşdirməli olurdular. Bu zaman əvvəlki baxış və reaksiyalar da itirdi.

Yeni funksiya mərhələli şəkildə istifadəyə veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026