• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məleykə Abbaszadə belə vidalaşdı - FOTO

CƏMİYYƏT

19 Noyabr 2026 | 19:51 | Müəllif: Subhan Mahmudov

Məleykə Abbaszadə belə vidalaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.

O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, qurumun qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.


Məleykə Abbaszadə belə vidalaşdı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026