• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail ordusu "Hizbullah"ın obyektinə zərbə endirdi

DÜNYA

20 Noyabr 2026 | 00:26 | Müəllif: Subhan Mahmudov

İsrail ordusu "Hizbullah"ın obyektinə zərbə endirdi

İsrail Müdafiə Ordusu (SAXAL) ölkənin Hərbi Hava Qüvvələrinin Livanın şərqindəki Canta bölgəsində şiə "Hizbullah" təşkilatına məxsus, əvvəllər raket istehsalı və silahların saxlanılması üçün istifadə edilmiş obyektə zərbə endirdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında bildirilib.

"İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa vadisində yerləşən Canta bölgəsində əvvəllər "Hizbullah" tərəfindən raket istehsalı və silahların saxlanılması üçün istifadə edilən obyektə zərbə endirib", – deyə qeyd olunub.

Qurumdan qeyd olunub ki, "hazırkı münaqişə zamanı SAXAL bu obyektə dəfələrlə zərbələr endirib".

"Hizbullah" terrorçularının bu yaxınlarda əraziyə gəldiyi barədə məlumat əldə edildikdən sonra SAXAL obyektin yenidən fəaliyyətə başlamasının qarşısını almaq məqsədilə onun girişlərinə zərbə endirib", – deyə hərbçilər əlavə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026