• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşa  nümayəndə heyəti Hərbi Liseydə - FOTOLAR

SİYASƏT

19 Noyabr 2026 | 15:30 | Müəllif: Əli Hüseynov

Polşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLAR

Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla görüşü keçirilib. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar, tədris prosesinin təşkili, hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

    Səfər proqramına uyğun olaraq, polşalı qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də olublar. Təhsil müəssisələrində yaradılmış tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə hərbi kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.

    Sonda nümayəndə heyətinin rəhbəri Hərbi Liseyin “Şərəf kitabı”na ürək sözlərini yazıb. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

    Qeyd edək ki, səfər ölkələrimiz arasında hərbi təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilmə


    Polşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLARPolşa nümayəndə heyəti Hərbi Liseydə - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026