PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya məşhur GQ jurnalı tərəfindən "2026-cı ilin adamı" elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Touchline" nəşri yayımlayıb.
Bu nüfuzlu mükafat 1996-cı ildən idman, kino, musiqi, moda və mədəniyyət aləmində ciddi nailiyyətlər qazanan və böyük təsirə malik şəxslərə təqdim olunur. Kvaratsxeliya ilə bərabər, fransalı MMA döyüşçüsü Salahdin Parnass da nəşrin 2026-cı il üzrə laureatları siyahısında yer alıb.
Xatırladaq ki, bir müddət öncə gürcü futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Barselona"ya qarşı keçirilən görüşdə (4:2) dizinin çarpaz bağlarından ağır zədə almışdı. Mətbuatda yayılan məlumatlara əsasən, onun zədədən bərpa olunaraq yenidən yaşıl meydanlara qayıtması doqquz ay vaxt apara bilər.
Qeyd edək ki, gürcüstanlı vinger "Qızıl top - 2026" mükafatı uğrunda keçirilən səsvermədə namizəd göstərilən doqquz komanda yoldaşının hamısını geridə qoyaraq altıncı pillədə qərarlaşıb.
















