• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Xankəndi” doğma meydanındakı ilk oyunda məğlub oldu - YENİLƏNİB

İDMAN

19 Noyabr 2026 | 18:05 | Müəllif: Əli Hüseynov

“Xankəndi” doğma meydanındakı ilk oyunda məğlub oldu - YENİLƏNİB

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.

Bakıvaxtı.az-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, sözügedən arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutub.

VIII turun qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.

Bu nəticədən sonra "Karvan-Yevlax" 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 6 xalla səkkizincidir.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib

 

***16:00

Azərbaycan I Liqasının VIII turunda “Xankəndi” klubu yenilənmiş doğma stadionunda ilk rəsmi matçına çıxır. Rəqib “Karvan-Yevlax”dır.

Bakıvaxtı.az xəbər verir ki, matç start götürüb. 

Qeyd edək ki, tarixi matçı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026