• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan Putinlə dəmir yolu məsələsini müzakirə edəcək

İQTİSADİYYAT

19 Noyabr 2026 | 14:11 | Müəllif: Gülşən Şərif

Paşinyan Putinlə dəmir yolu məsələsini müzakirə edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan dekabrda Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistan dəmir yollarının Rusiya tərəfinin konsessiya idarəçiliyində olması məsələsinin müzakirə edilə biləcəyini istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Düşünürəm ki, bu məsələ müzakirə olunacaq”, - o, müvafiq suala cavabında deyib.

Konsessiya hüququnun üçüncü ölkəyə satılması məsələsinin gündəmdən çıxıb-çıxmadığı barədə dəqiqləşdirici suala cavabında Paşinyan qeyd edib ki, bu suala noyabrın 19-da cavab verilməlidir.

Onun sözlərinə görə, Ermənistan dəmir yollarının modernləşdirilməsi üçün ciddi investisiyalar tələb olunur:

“Yeganə sual budur: Rusiya Dəmir Yolları Ermənistan dəmir yollarını rəqabətqabiliyyətli etmək üçün tələb olunan həcmdə investisiya yatırmağa hazırlaşırmı və buna hazırdırmı? Əgər belədirsə, çox yaxşı. Əks halda, biz başqa investorlar tapmalı olacağıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026