• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağ Evdən açıqlama: Trampın sammitdə yuxulaması...

DÜNYA

19 Noyabr 2026 | 21:21 | Müəllif: Subhan Mahmudov

Ağ Evdən açıqlama: Trampın sammitdə yuxulaması...

ABŞ Prezidenti Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçirilən İqtisadi Liderlərin Plenar Sessiyası zamanı qısa müddətə mürgüləməsi ilə bağlı mediada yayılan məlumatlar təkzib edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun X-də yazıb.

"Yalan! Prezident Tramp digər şəxslərin çıxışı zamanı qarşısındakı sənədlərə baxırdı. Onun göz hərəkətləri aydın görünür. Buna görə də insanlar mediaya bu qədər nifrət edirlər. Onlar həmişə yalan danışırlar", - deyə o, X-də yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın APEC sammitində Çin lideri Si Szinpinin çıxışı zamanı mürgüləməsi ilə bağlı görüntülər yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR