• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

SİYASƏT

19 Noyabr 2026 | 14:48 | Müəllif: Əli Hüseynov

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib.

Bakıvaxtı.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Akopyanın sözlərini özünə yönəlmiş tənqid kimi qəbul edir və onun qaldırdığı aşkar problemlərin həll olunmasını təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Annanın onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (əvvəllər boşanmışdılar) və əgər yaşamırsa, niyə onu dövlət mühafizəsi müşayiət edir sualına Paşinyan cavab olaraq bildirib ki, Akopyan "Kondda" (hökumət iqamətgahı) yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.

“Bu, normaldır. O, lazım bildiyi yerdə məsləhətləşir, lazım bilmədiyi yerdə isə etmir. Ermənistan demokratik ölkədir”, - Paşinyan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026