• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Altı marşrutun hərəkət sxemi dəyişəcək

CƏMİYYƏT

19 Noyabr 2026 | 19:28 | Müəllif: Subhan Mahmudov

Altı marşrutun hərəkət sxemi dəyişəcək

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.

- H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;

- 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə;

- 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

22 noyabr saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil olunacaq.

- 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

- 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR