• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ermənistan sərhəd keçid məntəqələrini modernləşdirir

DÜNYA

19 Noyabr 2026 | 11:56 | Müəllif: Əli Hüseynov

Ermənistan sərhəd keçid məntəqələrini modernləşdirir

Ermənistanın sərhəd keçid məntəqələrinin modernləşdirilməsi üçün Ermənistanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında kredit müqaviləsinin layihəsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin 19 noyabrda keçirilən iclasında qəbul edilib.

Proqramın əsas məqsədi Ermənistana sərhəd keçid məntəqələrində müasir sərhəd nəzarəti avadanlıqlarının alınması və quraşdırılmasının maliyyələşdirilməsində, mövcud infrastrukturun modernləşdirilməsində və sərhəd və gömrük idarəetmə potensialını inkişaf etdirmək üçün yeni laboratoriyanın yaradılmasında kömək etməkdir.

Layihə Ermənistana 19,6 milyon avro məbləğində kredit və 543 min avro məbləğində texniki yardım qrantının verilməsini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026