• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ - Venesuela müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı

DÜNYA

19 Noyabr 2026 | 00:12 | Müəllif: Subhan Mahmudov

ABŞ - Venesuela müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı

ABŞ müdafiə naziri Pit Heqset ABŞ və Venesuela arasında müdafiə əməkdaşlığı müqaviləsi imzalandığını açıqlayıb.

Bakıvaxtı.az  TASS-a istinadla xəbər verir ki, bu barədə Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ilə görüşündə Pentaqon rəhbəri bildirib.

O qeyd edib ki, ABŞ Venesuela ilə müdafiə əməkdaşlığını gücləndirməyə sadiqdir. “Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, - deyə Heqset əlavə edib və onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026