• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Bitcoin”in qiyməti düşdü

İQTİSADİYYAT

19 Noyabr 2026 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

“Bitcoin”in qiyməti düşdü

Kriptovalyuta bazarında satış təzyiqi davam edir. “Bitcoin”in qiyməti son 24 saatda 1,90% azalaraq 63 212,68 ABŞ dollarına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son bir həftədə 14,23%, son bir ayda isə 22,94% azalıb. Kriptovalyutanın bazar kapitallaşması 1,27 trln. dollar təşkil edib.

    “Ethereum”un qiyməti son sutkada 0,64% azalaraq 1 794,04 dollara, “Zcash”ın qiyməti 2,97% azalaraq 924,83 dollara, BNB-nin qiyməti isə 1,12% azalaraq 584,85 dollara enib.

    Eyni zamanda, “Monero”nun qiyməti 0,91% azalaraq 502,50 dollara, “Bitcoin Cash”in qiyməti 0,86% azalaraq 206,72 dollara, “Bittensor”un qiyməti 0,67% azalaraq 194,39 dollara, “Quant”ın qiyməti isə 1,58% azalaraq 150,40 dollara düşüb.

    Qızıl təminatlı kriptovalyutalarda da azalma qeydə alınıb. “Tether Gold”un qiyməti 1,48% azalaraq 3 718,51 dollara, “PAX Gold”un qiyməti isə 1,60% azalaraq 3 716,56 dollara enib.

    “CoinMarketCap 20” indeksinin göstəricisi son 24 saatda 1,49% azalaraq 127,64 olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026