Milli Hidrometeorologiya Xidməti noyabrın 19-da Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlığa əsasən, Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarında cənub-şərq küləyi əsəcək.
Küləyin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi gözlənilir.
















