• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - RƏSMİ 

CƏMİYYƏT

18 Noyabr 2026 | 10:30 | Müəllif: Günəş Mərd

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - RƏSMİ

İsmayıllı–Lahıc–Burovdal avtomobil yolunun 18-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları ərazidən təmizlənib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Qeyd olunub ki, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Xatırladaq ki, ötən gün İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib. Yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə yolda hərəkət məhdudlaşdırılıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026