• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu daraq saç çıxardacaq

DÜNYA

18 Noyabr 2026 | 13:04 | Müəllif: Əli Hüseynov

Bu daraq saç çıxardacaq

Çinin Pekin şəhərindəki Beihang Universitetinin tədqiqat qrupu, saçların 97,85% yenidən uzanmasına nail olan bir müalicə üsulu hazırlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübə mərhələsində olan müalicə metodu siçanlar üzərində aparılıb və standart dərmanlardan daha uğurlu nəticələr verib. "Detangle" adlanan bioelektron daraq keçəl siçanlar üzərində 28 gün sınaqdan keçirilib.

Bu daraq fiziki stimullaşdırmanı dərin molekulyar dərman çatdırılması ilə birləşdirir. Müxtəlif uzunluqlu dişlərə və alternativ yerləşdirilməyə malik olan bu daraq, impulslu elektrik sahələri yaradaraq baş dərisini yumşaq bir şəkildə darayır. Bu elektrik sahəsi digər müalicə üsullarına nisbətən saç follikullarına təxminən doqquz dəfə daha dərindən nüfuz edir.

Test edilən siçanlarda bu müalicə hər üç gündən bir tətbiq edilib. Nəticələrə görə, halların 97,85 faizində tüklərin yenidən çıxmasına nail olunub. 

Lakin, siçan dərisinin insan baş dərisindən daha nazik olması nəzərə alındıqda, müalicənin insanlara tətbiqində bəzi çətinliklər mövcuddur. Bundan əlavə, siçanlarda tük tökülməsi laboratoriya şəraitində süni şəkildə həyata keçirildiyindən, eyni nəticələr insanlarda müşahidə olunmaya bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026