• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - YENİLƏNİB

DÜNYA

17 Noyabr 2026 | 23:10 | Müəllif: Subhan Mahmudov

Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - YENİLƏNİB

Kemerovo vilayətində baş verən qəzada An-12 hərbi nəqliyyat təyyarəsindəki 19 nəfərin hamısı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, təyyarə 17 noyabrda planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb və yaşayış olmayan əraziyə düşüb.

Qəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur.

Rusiya Aerokosmik Qüvvələrindən komissiya hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.

 

 

***20:18

Rusiyanın Kemerovo vilayətində, Yaqonovo kəndi yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, aviasiya hadisəsi barədə vilayətin qubernatoru İlya Seredyuk məlumat verib.

“Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir. Hadisənin başvermə səbəbləri səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir”, – deyə o, Telegram kanalında yazıb.

Medianın ilkin məlumatlarına görə, təyyarənin bütün heyət üzvləri həlak olub. Göyərtədə 13 nəfərin olduğu ehtimal edilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026