• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hesablama Palatası icmal büdcənin 1/3-ni auditdən keçirməyi hədəfləyir

İQTİSADİYYAT

18 Noyabr 2026 | 12:07 | Müəllif: Əli Hüseynov

Hesablama Palatası icmal büdcənin 1/3-ni auditdən keçirməyi hədəfləyir

2027-ci ildə Azərbaycanda icmal büdcənin 1/3-nin auditlə əhatə olunması hədəflənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Gələn il işimiz bəzi planlaşdırılmış fəaliyyət və nəticə göstəriciləri ilə müşayiət olunacaq. Audit və analitik fəaliyyət formasında 40 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulub. Ayrılan vəsaitlər hesabına tematik dövlət auditlərinin sayının iki dəfə artırılması, performans (səmərəlilik) auditlərinin payının isə ümumi audit portfelinin 15 %-dən çox olması nəzərdə tutulur. Eyni zamanda, bir sektorda ortamüddətli xərclər çərçivəsinin dövlət auditi çərçivəsində qiymətləndirilməsi, həmçinin dörd dövlət qurumunda konsolidə edilmiş maliyyə hesabatlarının auditi planlaşdırılır. Ən azı iki səmərəlilik auditində iqlim dəyişiklikləri, Dayanıqlı İnkişaf Məqsədləri və digər aktual mövzuların əhatə olunmasını planlaşdırırıq", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR