• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda avtobuslarla sərnişindaşımada REKORD

İQTİSADİYYAT

24 Noyabr 2026 | 10:21 | Müəllif: Əli Hüseynov

Bakıda avtobuslarla sərnişindaşımada REKORD

2026-cı ilin yanvar-oktyabr aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları ilə 440 milyondan çox sərnişin daşınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.

    Sərnişindaşımada artım dinamikası oktyabr ayında da davam edib. Belə ki, ay ərzində paytaxtda avtobus marşrutları ilə təxminən 54 milyon sərnişin daşınıb. Bu, Bakıda avtobuslarla aylıq sərnişindaşımada rekord göstəricidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026