Ukrayna münaqişəsinin davamlı həlli üçün Avropanın prosesdə həlledici rolu olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, münaqişənin həlli ilə bağlı dialoq birbaşa və üzbəüz aparılmalıdır.
Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra yeni münaqişənin yaranmasının qarşısını alacaq davamlı həll yolu tapılmalıdır.
Y.Vadeful amerikalı və çinli həmkarları ilə keçirdiyi görüşlərdə də bu məsələnin müzakirə olunduğunu qeyd edib.
O vurğulayıb ki, Avropa münaqişənin həllində mühüm rol oynamalıdır və davamlı nəticəyə nail olmaq üçün proses Avropanın iştirakı ilə aparılmalıdır.
Zeynəb Rzayeva
















