• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır - Yohann Vadeful

SİYASƏT

18 Noyabr 2026 | 11:27 | Müəllif: Günəş Mərd

Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır - Yohann Vadeful

Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır və Orta Dəhlizin inkişafı, eləcə də enerji və rəqəmsal bağlantıların genişləndirilməsi istiqamətində böyük imkanlara malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Orta Dəhliz çərçivəsində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı bağlantılarının inkişafı xüsusi əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, elektrik enerjisi və rəqəmsal bağlantıların inkişafı istiqamətində də həm Azərbaycan, həm də Mərkəzi Avropa üçün geniş imkanlar mövcuddur.

Y.Vadeful Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə görüşündən gəldiyini xatırladaraq onun da bu əməkdaşlığın inkişafını dəstəklədiyini bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026