Ottava "Çexiya Sursat Təşəbbüsü"nə 45 milyon Kanada dolları verəcək.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti açıqlama verib.
Açıqlamaya görə, bununla Kanadanın bu təşəbbüs üzrə ümumi öhdəliyi 500 milyon Kanada dollarını keçəcək. Vəsait sursat, hava hücumundan müdafiə və logistika üçün xərclənəcək. Hava hücumundan müdafiə üçün sensorlara daha 80 milyon Kanada dolları ayrılacaq.
Eyni zamanda qış üçün 30 milyon Kanada dolları ayrılıb. Bu vəsaitə gödəkçə, çəkmə, termal alt paltarı və yataq torbası alınacaq.
Kanada həmçinin Ukraynaya 250 min ərzaq payı göndərəcək.
Gülşən Şərif
















