• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XİN başçısı: Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir

SİYASƏT

18 Noyabr 2026 | 11:12 | Müəllif: Günəş Mərd

XİN başçısı: Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir

Azərbaycanın Almaniyaya enerji ixracı genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadeful ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Almaniyaya xam neft ixrac edir, 2026-cı ildən isə bu ölkəyə təbii qaz tədarükünə başlanılıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Bu ölkələrdən 10-u Avropa dövlətidir.

C.Bayramov, həmçinin Xəzər dənizi–Qara dəniz elektrik kabeli layihəsinə toxunub. O bildirib ki, tərəflər layihə ilə bağlı fikir mübadiləsi aparıb və Almaniyanın da bu təşəbbüsdən faydalanması imkanlarını müzakirə ediblər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026