• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniyada hökumətdən narazılıq rekord həddə çatdı

DÜNYA

17 Noyabr 2026 | 23:35 | Müəllif: Subhan Mahmudov

Almaniyada hökumətdən narazılıq rekord həddə çatdı

Almaniya vətəndaşlarının yalnız 12 faizi kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyətindən razıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Forsa” sosioloji xidmətinin RTL və NTV telekanallarının sifarişi ilə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğuya əsasən, respondentlərin 86 faizi hökumətin fəaliyyətindən narazıdır. Kansler Fridrix Mertsin işini müsbət qiymətləndirənlərin payı da cəmi 12 faiz təşkil edib. İştirakçıların 62 faizi isə Mertsin liderlik keyfiyyətlərinin kifayət etmədiyini və koalisiya daxilində qarşıya qoyduğu məqsədləri həyata keçirə bilmədiyini düşünür.

Qeyd edək ki, noyabrın 7-də açıqlanan digər sorğuda respondentlərin 82 faizi kanslerin fəaliyyətindən narazı olduğunu bildirmişdi. Oktyabrda keçirilən “Ipsos-Politikmonitor” sorğusunda isə iştirakçıların 58 faizi Mertsin istefasını dəstəkləmişdi.

 



Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026