• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

HADİSƏ

18 Noyabr 2026 | 12:58 | Müəllif: Əli Hüseynov

“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalkı motosikletləri ilə müşayiət ediblər.

Qeyd edək ki, qəza dünən saat 10 radələrində Yasamal rayonu Moskva prospekti 45 ünvanında tunelin girişində baş verib. Q.Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Ağaverdiyev Asif Əliheydər oğlunun idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Kuryer fəaliyyəti göstərən motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə Yasamal RPİ-də cinayət işi başlanıb.

Dəfndən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026