• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

CƏMİYYƏT

17 Noyabr 2026 | 22:21 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.

Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026