• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirir? 

SİYASƏT

18 Noyabr 2026 | 11:20 | Müəllif: Günəş Mərd

Almaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirir?

Almaniya Azərbaycanla enerji və iqtisadi sahələrdə əməkdaşlığın konkret addımlarla genişləndirilməsində maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti ilə də görüşmək və iki ölkəni birləşdirən məsələləri müzakirə etmək imkanı əldə edib.

O, Azərbaycanla tərəfdaşlığın, xüsusilə iqtisadi əlaqələrin böyük potensiala malik olduğunu vurğulayıb. Mərkəzi Avropanın enerji təchizatının bu əməkdaşlıqda xüsusi əhəmiyyət daşıdığını bildirən Y.Vadeful Azərbaycanın Almaniyanın enerji iqtisadiyyatı üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

“Bu sahədə uğurlu və etibarlı əməkdaşlığa görə təşəkkür edirik. Düşünürəm ki, indi bu əməkdaşlığı konkret addımlarla genişləndirməliyik. Bu məsələni burada müzakirə etdik”, – nazir bildirib.

Y.Vadeful İqtisadi Şuranın yaradılması ilə bağlı razılaşmanın da mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026