• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qrizmann ilin ən yaxşı futbolçusu seçildi

İDMAN

18 Noyabr 2026 | 00:50 | Müəllif: Subhan Mahmudov

Qrizmann ilin ən yaxşı futbolçusu seçildi

“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu 2026-cı ilin martında “Orlando Siti” ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub. O, Florida təmsilçisinin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Orlando Siti” müntəzəm mövsümü Şərq Konfransında 8-ci pillədə başa vurub. Komanda MLS-in pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Sinsinnati” ilə qarşılaşacaq.

Qeyd edək ki, Qrizmann karyerası ərzində “Real Sosyedad”, Madrid “Atletiko”su və “Barselona”da çıxış edib

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026