• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Türkiyənin Van şəhərində güclü zəlzələ 

DÜNYA

17 Noyabr 2026 | 22:13 | Müəllif: Subhan Mahmudov

Türkiyənin Van şəhərində güclü zəlzələ

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar noyabrın 17-də yerli vaxtla saat 18:57-də baş verib. Zəlzələnin episentri Van gölündə, Gevaş rayonu yaxınlığında, ocağı isə 13,61 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026