• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Morqda oyanıb siqaret istədi

DÜNYA

18 Noyabr 2026 | 16:27 | Müəllif: Günəş Mərd

Morqda oyanıb siqaret istədi

Nigeriyada motosiklet qəzasına düşərək ölü elan edilən kişi morqda bir neçə saat sonra özünə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, “Pulse.ng” nəşrinin məlumatına görə, adı açıqlanmayan kişi qəza nəticəsində ölü hesab edilərək morqa aparılıb. Lakin bir neçə saat sonra ayılaraq ayağa qalxıb.

Şahidlərin sözlərinə görə, kişinin oyandıqdan sonra ilk istəyi siqaret və alışqan olub.

Hadisə yerində olanlar baş verənlərə heyrətləniblər. Onlardan biri kişiyə qəza sonrası mütləq tibbi müayinədən keçməli olduğunu bildirib.

Onun şəxsiyyəti və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR