• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Konqoda 11 500 nəfər Ebola virusuna yoluxub

DÜNYA

18 Noyabr 2026 | 13:15 | Müəllif: Gülşən Şərif

Konqoda 11 500 nəfər Ebola virusuna yoluxub

Konqo Demokratik Respublikasında laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı 11 504-ə çatıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində 72 yeni yoluxma halı aşkarlanıb. 
Laboratoriya tərəfindən təsdiqlənmiş ölüm hallarının sayı isə son sutkada 39 nəfər artaraq 5 630-a çatıb. Ebola virusuna yoluxmuş insanlarla təmasda olanların müəyyənləşdirilməsi və monitorinq səviyyəsi 81,6% olub.

Daha 1 743 nəfərin Ebola virusuna yoluxduğu şübhə altındadır. Onlar tibbi təcrid və karantində saxlanılırlar.

Qeyd olunub ki, epidemiyanın qarşısını almaq səyləri resursların çatışmazlığı, qeyri-sabit təhlükəsizlik və zəif koordinasiya səbəbindən çətinləşir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026