Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafı üçün müvafiq sahələr üzrə məsul nazirlərin görüşünün keçirilməsində maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadeful ilə birgə mətbuat konfransında deyib.
Nazir iqtisadi məsələlərin müzakirəsi ilə bağlı razılıq əldə olunduğunu və bu sahəyə cavabdeh nazirlər arasında görüşün faydalı olacağını bildirib.
C.Bayramov humanitar sahənin də Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, minlərlə azərbaycanlı gənc Almaniyanın aparıcı universitetlərində təhsil alıb. Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində də çoxsaylı azərbaycanlı tələbə Almaniyada ali təhsil alıb. Bundan əlavə, öz vəsaitləri hesabına bu ölkədə təhsil alanların sayı da az deyil.
Nazir qeyd edib ki, bu amillər iki ölkə arasında müsbət əlaqələrin göstəricisidir.
Zeynəb Rzayeva
















