• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Povestka"sını cırdı, həbs olundu 

HADİSƏ

18 Noyabr 2026 | 12:48 | Müəllif: Əli Hüseynov

"Povestka"sını cırdı, həbs olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.

Bakıvaxtı.az Xitab24.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir - red.) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanı çağırış vərəqəsini cıran şəxs polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.

Hadisə ilə bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026