• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avro-2028: Millimiz püşkatmada 5-ci səbətə düşdü

İDMAN

18 Noyabr 2026 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Avro-2028: Millimiz püşkatmada 5-ci səbətə düşdü

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra bəlli olub.

Azərbaycan millisi reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə olacaq. Yığmamızla birlikdə bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də qərarlaşıb. İnternetdən sifariş

Ümumən püşkatmada iştirak edəcək 54 milli komanda 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda yer alıb.

“Football Meets Data”nın məlumatına görə, Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avro-2028-in seçmə mərhələsinin səbətləri


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026