• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı siyasətçi arvadını öldürtmək üçün killer tutubmuş - DETALLAR - YENİLƏNİB

HADİSƏ

18 Noyabr 2026 | 09:02 | Müəllif: Əli Hüseynov

Azərbaycanlı siyasətçi arvadını öldürtmək üçün killer tutubmuş - DETALLAR - YENİLƏNİB

Keçmiş həyat yoldaşının sifarişi ilə qəsdən adam öldürməyə hazırlaşmaqda ittiham olunan şəxsin Qardabani bələdiyyə məclisinin sədrinin keçmiş müavini, Vahid Milli Hərakat partiyasının üzvü Rəfi Orucov olduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kviris Palitra” nəşri məlumat yayıb. Nəşrə danışan yerli sakinlərin sözlərinə görə, Rəfi Orucovun keçmiş həyat yoldaşı ilə uzun müddətdir davam edən münaqişəsi olub və tərəflər arasında məhkəmə çəkişməsi yaşanıb.

Yerli sakinlərdən biri nəşrə açıqlamasında bildirib ki, Rəfi Orucov Qardabanidə tanınmış şəxsdir və onun keçmiş həyat yoldaşı Aygün Maqalova ilə münaqişəsi barədə hər kəs məlumatlıdır. Sakin iddia edib ki, cütlük boşansa da, Orucov uşaqları analarından almağa çalışıb.

Onun sözlərinə görə, Rəfi Orucov əvvəllər Qardabanidə kifayət qədər nüfuzlu şəxs olub və “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri olan Kirkitadzenin yaxın adamı kimi tanınıb.

Xatırladaq ki, polis ailə üzvünə qarşı sifarişli qəsdən adam öldürməyə hazırlaşmaqda şübhəli bilinən Rəfi Orucovu saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani bələdiyyəsində yaşayan kişi boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək niyyətində olub. İstintaq materiallarına əsasən, şübhəli şəxs cinayət planını həyata keçirmək üçün tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb. Hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, şübhəli şəxs qətlin cütlüyün üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

***

17 noyabr, saat. 12:33

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.

Bakıvaxtı.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib və bunun üçün tanışından 25 min dollara killer tapmağı istəyib.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən azərbaycanəsilli siyasətçi Rəfi Orucovdur. Cütlüyün birgə nikahdan üç övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026