• Bakı 12° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycan-Alman universiteti yaradıla bilər

SİYASƏT

18 Noyabr 2026 | 11:20 | Müəllif: Əli Hüseynov

Azərbaycan-Alman universiteti yaradıla bilər

Azərbaycandan Almaniyaya qaz təchizatı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.

    Nazir bildirib ki, Azərbaycan artıq 10 Avropa İttifaqı ölkəsinə qaz təchizatı həyata keçirir: "Ümumilikdə 16 ölkəyə qaz təchizatı həyata keçirilir".

    XİN rəhbəri Xəzər dənizi üzərindən kabel layihəsindən Almaniyanın faydalanmaq potensialına dair də fikir mübadiləsi apardıqlarını açıqlayıb.

    O əlavə edib ki, ölkələr arasında mövcud əməkdaşlıq sahələrindən biri humanitar sahədir.

    “Azərbaycan-Alman universitetinin yaradılması istiqamətində də danışıqlar aparılmasına dair niyyətimizi bildirdik”, - Ceyhun Bayramov vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Noyabr 2026