• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polad Həşimovun anasının son durumu açıqlandı

HADİSƏ

17 Noyabr 2026 | 17:49 | Müəllif: Əli Hüseynov

Polad Həşimovun anasının son durumu açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, 1949-cu il təvəllüdlü Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilib:

"Aparılan müalicə nəticəsində pasiyentin ümumi vəziyyəti stabilləşib. Həkim müayinəsindən sonra ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb".

Xatırladaq ki, noyabrın 4-də S.Həşimovanın səhhətində ciddi problemlər yarandığı üçün, o, xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026