• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Millimiz Oman üzərində ikinci dəfə qələbə qazandı

İDMAN

17 Noyabr 2026 | 19:59 | Müəllif: Subhan Mahmudov

Millimiz Oman üzərində ikinci dəfə qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.

Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.

Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR