• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paşinyan dekabrın 3-də Moskvada Putinlə görüşəcək

SİYASƏT

19 Noyabr 2026 | 16:07 | Müəllif: Əli Hüseynov

Paşinyan dekabrın 3-də Moskvada Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlərə keçirdiyi brifinqdə bildirib.

    “Biz dekabrın 3-də Moskvaya işgüzar səfərimlə bağlı əvvəlcədən razılığa gəlmişik. Orada Rusiya Prezidenti ilə görüş və müzakirələr aparacağam”, – Paşinyan qeyd edib.

    Ermənistanın Baş naziri dekabr ayında Rusiyaya daha iki səfərinin planlaşdırıldığını da açıqlayıb.

    Onun sözlərinə görə, dekabrın 11-12-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Dekabrın sonunda isə o Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərinə qatılmaq üçün Rusiyaya səfər edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR